Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi kollektivi ilə birgə xərçəng xəstəliyindən əziyyət çəkən Vətən müharibəsi Şəhidimiz Zeynal Şahhüseynlinin övladı, 1 yaşlı Zəhranı Tehranda müalicə olunduğu xəstəxananı ziyarət edib. SİA xəbər verir ki, Şəhidimizin övladına “Şuşa” adlı rəsm şəklini xatirə olaraq təqdim edilib və ailənin ehtiyacları ilə maraqlanılıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi kollektivi hər zaman onların yanında olacaq və diqqət,qayğı göstərəcək.