Zelenski Rusiyaya atəşkəs üçün video şəklində müraciət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Zelenski bildirib ki, Rusiya sonda bizimlə münaqişəni və işğalı necə dayandıracağı barədə danışmalı olacaq: " Danışıqlar nə qədər tez başlasa, Rusiyanın itkiləri bir o qədər az olacaq. Hücumlar dayanana qədər Ukraynanı müdafiə edəcəyik".
Ukrayna lideri gecə çıxışında Kiyevi tərk etmək fikrində olmadığını və Rusiyanın indi onların bir nömrəli hədəfi olduğunu bildirib. Ukrayna lideri günəş dogmadan öncə çoxsaylı raket zərbələri ilə bağlı xəbərləri də təsdiqləyib. Raket hücumlarının yerli vaxtla səhər saat 04:00-da başladığını qeyd edən Zelenski Rusiyanın hücumlarının həm hərbi, həm də mülki əraziləri hədəf aldığını sözlərinə əlavə edib.
Xatırladaq ki, Rusiya tərəfi daha əvvəl mülki insanları hədəfə alması ilə bağlı iddiaları rədd etmişdi.
Lakin daha əvvəl xəbər verdiyimiz kimi, gecə saatlarında Kiyevdə partlayış səsləri eşidilib. Raketin mülki əhalinin yaşadığı binaya düşdüyü də qeydə alınıb.
Günay İsmayıllı