"Biz Ukraynanı yox NATO-nu qoruyuruq " CO BAYDEN

25 Fevral 2022 12:31 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı hərbi əməliyyat keçirməklə müharibəni seçdiyini və bunun nəticələrini yaşayacağını bəyan edib. SİA xəbər verir ki, Bayden Rusiyanın Ukraynaya qarşı ötən gün keçirdiyi hərbi əməliyyatdan sonra Ağ Evdə mətbuat konfransı keçirib. Co Bayden Rusiya bank sistemi və iqtisadiyyatını hədəf alan sanksiyaları açıqlayıb. Bayden NATO-ya dəstək üçün Almaniyaya əlavə qüvvələr yerləşdirəcəyini və ABŞ qüvvələrinin Ukraynada döyüşməyəcəyini bildirib.

Bayden ABŞ-ın bu il Ukraynaya 650 milyon dollarlıq müdafiə yardımı etdiyinə diqqət çəkib: "Bir daha demək istəyirəm ki, bizim əsgərlərimiz və biz Ukraynada Rusiya ilə münaqişəyə girməyəcəyik. Əsgərlərimiz Avropaya getmir. NATO müttəfiqlərimizi qorumaq üçün gedir".
Bayden qeyd edib ki, hazırda NATO-nun harada və nə vaxt lazım olursa-olsun qoşun göndərmək gücü var: “İndi isə mən NATO-nun Rusiyaya cavabı çərçivəsində Almaniyaya əlavə qoşun göndərilməsini bəyənirəm”.