Azərbaycan kəlağayıları “Amazon” və “eBay”da satışa çıxarılıb FOTO

25 Fevral 2022 12:19 (UTC+04:00)

Azexport.az portalı Azərbaycan Sənaye Kooperasiyası məhsullarını “Amazon” və “eBay”- da satışa çıxarıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, Sənaye Kooperasiyası tərəfindən “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub. İkin mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Növbəti mərhələdə Kooperasiyanın nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan digər məhsullar da “Amazon” və “eBay” platformalarına inteqrasiya olunacaq.

Qeyd edək ki, Pandemiya səbəbindən beynəlxalq poçt daşımaları məhdudiyyətlərlə fəaliyyət göstərdiyindən satışaların İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.