Sevgilisinin açıq-saçıq səhnələrini anlayışla qarşıladı

25 Fevral 2022 11:43 (UTC+04:00)

Bir ildir münasibətdə olan türk aktrisa Demet Özdəmir və Oğuzhan Koç dekabrda ayrılsalar da bir müddət əvvəl barışıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Özdəmir fevralın 14-də sevgilisinin evlilik təklifini qəbul edib.

Cütlüyün qısa müddətli ayrılıq yaşamasına səbəb kimi "Eşq taktikası" filmində Demet Özdəmir və Şükrü Özyıldızın sevişmə səhnələri göstərilib. Oğuzhan Koç ən çox baxılanlar siyahısında bir nömrəli filmi “As bayrakları” qeydi ilə paylaşıb. Beləliklə, o, ittihamları rədd edib.

Ayşən Vəli