"1 mart Ümumdünya İmmunitet Günü"nə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək
1-2 mart 2022-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "1 mart Ümumdünya İmmunitet Günü"nə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.
Onlayn şəkildə ZOOM platforması üzərindən həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda “Uşaqlarda immun sistemin formalaşması”, “Uşaqların immun sistemində yaranan problemlər”, “Vaksinasiya”, “Limfoadenopatiyalı uşaqlara yanaşma”, “İnfeksiyaya nəzarət tədbirləri” və “İnfeksiyalara müasir yanaşma” başlıqlı 6 paneldə Türkiyə və Azərbaycanın professor-həkim heyəti tərəfindən ümumilikdə 17 məruzə dinləniləcək. Məruzələrlə yanaşı Konfrans interaktiv panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə davam edəcək.
Konfrans proqrama uyğun olaraq xüsusilə pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.
Proqramın 80 faizini tamamlayan müvafiq ixtisaslı həkimlərə 16 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/RSyx8KJ8hLbVAxUm9
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/1-mart-umumdunya-immunitet-gunune-hesr-olunmus-pediatrik-immunologiya-ve-infeksion-xestelikler-movzusunda-beynelxalq-elmi-konfrans/