“Xocalıya ədalət” kampaniyası “Xocalı ikonu” qısametrajlı sənədli filmini təqdim edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, film Xocalıda öldürülən naməlum 5 yaşlı qızın hekayəsindən bəhs edir.
“Xocalı ikonu” kimi tanınan qız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biridir.
O, ailəsi ilə birlikdə qətlə yetirilib və onun kimliyini müəyyən etmək mümkün olmayıb.