Bu gün Azərbaycan Triatlon Federasiyasının (ATF) konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə federasiya prezidenti Elçin Əliyev qurumun inkişaf strategiyasını təqdim edib.
O, peşəkar, yüksək nəticə göstərən idmançılarla 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında geniş tərkibdə çıxış etməyə çalışacaqlarını bildirib. ATF prezidenti Paris-2024-də isə Rostislav Pevtsovla təmsil olunmağı hədəflədiklərini söyləyib.
Daha sonra E.Əliyev qurum rəhbərliyini və idmançılar heyətini təqdim edib.
Növbəti tədbirlərdən danışan Federasiya rəhbəri 1-2 oktyabrda Zəngilanın Ağalı kəndində duatlon üzrə Qarabağ Xatirə Turniri keçirəcəklərini bildirib.
Onun sözlərinə görə, tədbir 27 sentyabr - Anım Gününə həsr olunacaq. Bu məqsədlə E.Əliyev kənddə göl yaradılacağını açıqlayıb.