Hamiləlikdə qarının bilinməsi qadının bədən quruluşundan asılıdır - HƏKİM AÇIQLADI

24 Fevral 2022 14:47 (UTC+04:00)

“Əsaslı mənbələrdə yazılana görə orqanizmdən asılı olaraq 19-cü həftədə hamilə qadınlarda uşağın ana bətnindəki hərəkətləri hiss edilir. Lakin bu fərqli də ola bilər. Yəni elə xanımlar var ki onlarda hissiyat daha tez, 16-17-18-ci həftələrdə ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, bəzi hamilələrdə isə bu hissiyat 20-21-ci həftələrdə ola bilər: “Bunların hamısı normal hallarıdır. Bu insanın hissiyat qabiliyyətindən asılı olaraq dəyişir”.

Həkim sözlərinə belə davam edib: “Hamiləlikdə qarının bilinməsi isə qadının bədən quruluşundan asılıdır. Ucaboylu xanımlarda qarın daha gec, alçaqboylu xanımlarda isə daha tez bəlli olur. Bir sözlə, 3 ayına kimi çox bəlli olmur. 3 aydan sonra isə yavaş-yavaş qarın bəlli olur”.

Ayşən Vəli