Fransa özünü gücləndirir

24 Fevral 2022 13:44 (UTC+04:00)

Fransada prezident seçkiləri yaxınlaşdıqca müxalifətçilər prezident Emmanuel Makronu seçkilərdə güclənmək üçün Ukrayna böhranından istifadə etdiyini göstərməkdə ittiham edib. SİA xəbər verir ki, digər tərəfdən, bəzi namizədlərin keçmişdə Rusiya ilə bağlı səsləndirdiyi fikirlər də tənqid obyektinə çevrilib. Makron Ukrayna böhranının diplomatik həllini tapmaq üçün Avropa ölkələri arasında bir növ qabaqcıl rolu öz üzərinə götürdü. O, Moskvaya səfərindən əlavə, Rusiya prezidenti Vladimir Putin və digər liderlərlə də çoxsaylı telefon danışıqları aparıb.