Rubl Putinin Ukraynanın Donbass bölgəsində hərbi əməliyyatlara başlamasından sonra son iki ilin ən aşağı səviyyəsinə, sterlinq bir həftə ərzində uzunmüddətli minimuma, "Bitkoin" isə bir ayın ən aşağı səviyyəsinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, avro təhlükəsiz valyuta olan dollar qarşısında üç həftənin ən aşağı səviyyəsinə düşüb. Riskli Avstraliya dolları isə Rusiyanın istənilən vaxt Ukraynanı işğal edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda ucuzlaşıb.
Avronun məzənnəsi 0,35 faiz ucuzlaşaraq 1,1265 dollar olub ki, bu da fevral ayından bəri ən aşağı səviyyədir. Digər təhlükəsiz valyuta olan yen qarşısında isə 0,48 faiz ucuzlaşaraq 129,40 yenə düşüb.
Rubl 2020-ci ilin mart ayından bəri görülən ən aşağı səviyyəyə yaxınlaşaraq sonuncu dəfə 81,1505 səviyyəsinə çatıb. Funt 0,17 faiz ucuzlaşaraq 1,3522 dollar olub. Bu fevralın 15-dən bəri ən aşağı göstəricidir.
Dollar indeksi fevralın 1-dən bəri ilk dəfə 0,28 faiz artaraq 96,451 olub.
Ləman Əlizadə