Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində tanınmış rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Adalet Karanın Xocalı Soyqırımının 30 illiyinə həsr olunmuş “Xəyallarımın arxasında” adlı fərdi sərgisinin keçirilməsi mənim üçün çox önəmlidir. Buradakı bütün rəsmlər Xocalıya, orada həyatını itirənlərə həsr olunub. Bu sərginin akademiya daxilində keçirilməsinin isə əhəmiyyəti böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında tanınmış rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Adalet Kara bildirib.
"Çünki mən özüm də bu akademiyanın müəllimiyəm və dərslər zamanı bu rəsmlərlə bağlı praktiki olaraq bir çox şeyi tələbələrimə izah edib, göstərə biləcəm: “Eyni zamanda bu kimi sərgilərin xaricdə də keçirilməsini təmin etməliyik. Eyni zamanda mən sülh tərəfdarıyam. İnanıram ki, artıq bir daha qan tökülməyəcək. Artıq torpaqlarımızın bütövlüyünü də təmin etdik. Bu bizim tariximizin ən dəyərli səhifəsidir. Allahdan bütün şəhidlərimizə, qanlı soyqırımlarda həyatını itirən hər bir vətandaşımıza rəhmət diləyirəm”-deyə, A.Kara fikrini tamamlayıb.