Viruslarla mübarizədə ən əlverişli üsul AÇIQLANDI - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ

24 Fevral 2022 12:24 (UTC+04:00)

"Koronavirus infeksiyası 2019-cu ildə Çinin Hubey əyalətinin Van şəhərində meydana gəlmiş və sürətlə yayılaraq pandemiya şəklini almışdır. Pandemiya dövründə koronavirusun müxtəlif formaları ilə rastlaşdıq. Bunlara misal olaraq "Alfa", "Betta", "Qamma" formalarını göstərmək olar. Lakin, 2021-ci ilin 23 noyabrında Afrikada kəskin sürətdə yayılan yeni forması müşahidə olundu ki, buna da "Omikron" adı verildi". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Xatirə Əliyeva deyib.

Onun sözlərinə görə, "Omikron" sürətlə yayılması ilə diqqəti cəlb etsə də, ağırlaşmalar az müşahidə olunub: "Viruslarla mübarizədə ən əlverişli üsul vaksinasiyadır. ÜST Azərbaycanda Covid-19 əleyhinə aparılan vaksinasiyanın daha mütəşəkkil şəkildə təşkil olunduğunu söyləyib. Belə ki, 2021-ci ilin sonunda əhali arasında aparılmış vaksinasiyanın 47% olmasını, 2022-ci ilin ortalarında isə bu faizin daha da yüksəlməsi gözlənildiyini qeyd edib".

Həkim sözlərinə belə davam edib: "Mütəşəkkilliyə səbəb kimi vaksinasiya məntəqələrində aparılan maarifləndirmə işlərinin yüksək səviyyədə keçilirilməsi ilə əlaqədar olduğu bildirilib. ÜST Azərbaycanda Covid-19 əleyhinə aparılan tədbirləri müsbət qiymətləndirib”.

Ayşən Vəli