Çexiya hökuməti martın 1-dən ölkədə kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətləri ləğv etmək qərarına gəlib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Vlastimil Valek bildirib.
Qərara səbəb koronavirusa yoluxanların sayında qeydə alınan azalmalardır.