Türk istehsalı “Mavzer” nümayişə çıxarılır

24 Fevral 2022 01:13 (UTC+04:00)

Rejissor, ssenarist və prodüser Fatih Özcanın mükafatlı ilk bədii filmi “Mavzer” tamaşaçıların görüşünə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan filmdә Daxili Anadoluda cәrәyan verən hadisələr tәsvir edilib.

Qeyd edәk ki, “Mavzer” 5-ci Boğaziçi Film Festivalında “Bosphorus Film Lab Working Progress” kateqoriyasında Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi, 7-ci Boğaziçi Film Festivalında isə TRT Birgə Prodüser Mükafatını qazanıb.