Ürək döyüntüsü, başqa sözlə taxikardiya müxtəlif səbəblərdən yarana bilər. Xüsusilə stresli həyat tərzi keçirən bir çox insan taxikardiya problemi ilə qarşılaşır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ürək yığılmasının tezliyinin artması mənasını verən ürək döyüntüsü və ya taxikardiya, həm fizioloji həm də patoloji ola bilər.
Fizioloji taxikardiya orqanizmin idman, fiziki iş və sayir kimi fiziki yükləmələrə, stresə, hərarətin artmasına cavab olaraq inkişaf edər. Ancaq insan dincəldikdə, sakitləşdikdə və ya sağaldıqda ürək yığılmasının tezyiqi yenidən normal seviyyəyə qayıdır.
Patoloji taxikardiyanın səbəbi isə ürək, ağ ciyər və sayir xəstəliklər ola bilər ki, bunu əksər hallarda başgicəllənməsi, halsızlıq, təngnəfəslik və digər problemlər müşayiət edir.
Ürək döyüntüsünün artmasına səbəb olan amillər:
• İş həyatında intensivlik və stress,
• Həddindən artıq fiziki fəaliyyət
• Narahatlıq
• Susuzluq
• Yoluxucu xəstəliklər
• Spirtli içkilər və siqaret
• İmtahan stressi
•Bəzi dərmarın istifadəsi
Taxikardiya (ürək döyüntüsü) problemi olanlara və ya olduğunu düşünənlərə edilən ən önəmli tövsiyə ilk mərhələdə həkimə müraciət edərək lazımi analizləri aparmaları və verilən müalicə prosesinə başlamalarıdır.
Ürək döyüntüsünü azaltmaq üçün tətbiq edilən rahatlama üsulları:
Stress insanın sağlamlığına ciddi mənfi təsir göstərə bilər, ürək töyüntüsünün artmasına səbəb ola bilər. Bu səbəbdən rahatlama üsulları döyüntünü azaldan önəmli tətbiqlər arasında yer tutur. Bu tətbiqlərə
• Meditasiya,
• Nəfəs alma məşqləri
• Yoqa
• Açıq havada vaxt keçirmək
• İdman,
• Tətilə getmək və bunlara oxşar sayirə üsullar nümunə göstərilə bilər. Lakin ilk növbədə ürək döyüntüsünə səbəb olan amillərin proqnozu, ürək döyüntüsünün artmasına səbəb olan tütün məmulatları, kofeinli içkilər və bəzi dərmanların istifadəsindən imtina edmək, problemin həlli baxımından böyük əhəmiyyət daşıyır. Ancaq bu tədbirlərin kardiologiya xəstəlikdən qaynaqlanan ürək döyüntüsünü aradan qaldırmaqda təsirli olmadıqlarını da bilməliyik.
Ürək döyüntüsü ürək xəstəliyindən qaynaqlanmadığı təqdirdə bəzi otlar və çaylarla aradan qaldırıla bilən bir xəstəlikdir. Bu çərçivədə ürək döyüntüsünə qarşı istifadə edilməsi tövsiyə olunan bitki mənşəli məhsullar bunlardır:
• Pişikotu
Pişikotunun ən çox önəmli xüsusiyyəti sakitləşdirici təsirə malik olmasıdır. Bu bitki çay kimi dəmlənib içildikdə ürək döyüntüsü problemini aradan qaldırır.
• Nanə
Nanə soyuqdəymə başda olmaqla bir çox xəstəliyə qarşı istifadə edilən bitkidir. Bu möcizəvi bitkinin istehlakının ürək döyüntüsünü azaltdığı bilinir.
• Kəklikotu
Kəklikotu bitkisinin ürək sağlamlığına təsirini bilməyən yoxdur. Bu səbəbdən ürək döyüntüsü və ya ürək xəstəliyi olanların gündəlik 1 çay qaşığı istehlak etmələri tövsiyə olunur.
Ürək döyüntüsü probleminə qarşı istehlakı məsləhət görülən çaylar:
• Ballınanə və lavanda çayları
Ballınanə çayı ümumiyyətlə yuxu problemi olan insanlara tövsiyə edilən bir içkidir. Sakitləşdirici xüsusiyyətə, stressi, deprassiya qaynaqlı ürək döyüntüsünü azaldan təsirə malikdir. Bu bitki kimi lavanda çayı da müntəzəm içildikdə ürək döyüntüsünün azalmasına kömək etdiyi araşdırmalar nəticəsində müşahidə olunub.
•Çobanyastığı çayı
Çobanyastığı çayının sakitləşdirici təsiri var. Bu çayın ürək döyüntüsünün qarşısını almaq üçün istifadəsi məsləhətdir.
Ürək döyüntüsünün azalmasına kömək edən qidalar:
Ürək döyüntüsünün azalmasına kömək edən qidalar arasında badımcan, maqnezium baxımından zəngin olan ispanaq, ürək əzələlərini rahatlaşdıran yulaf, damarların axışını təmin edən yemişan, reyhan, cəfəri və darçın ilk sırada yer alır. Lakin badımcanın qızardılmamalı, köz bişirilmiş olaraq və ya zeytun yağı ilə istehlak edilməlidir.
• Sarımsaq
• Limon
• Soğan
• Kələm
• Qreypfrut
• Damotunun da ürək döyüntüsü probleminə kömək edən qidalar arasında yer aldığı məlum olub.