Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunları keçirilib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın VII turuna “Neftçi” MOİK matçı ilə start verilib. SİA-nın verdiyi məlumata görə, I dövrədə MOİK klubuna məğlub olan “Neftçi” ikinci görüşdə revanş alıb. İlk hissəni 25:13 hesabı ilə qalib gələn Pərviz Səmədovun komandası növbəti setlərdə də rəqibindən səhvsiz oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:13, 25:14, 25:16).
Günün ikinci qarşılaşması “Ekspress” və “Murov” komandaları arasında olub. “Murov” bu görüşü 3:0 (25:19, 25:18, 25:12) hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.
Beləliklə, bu turdan sonra “Murov”un 14, “Neftçi”nin 13, MOİK-in 12, “Ekspress”in isə 3 xalı olduğu halda, VII turda istirahət edən “Sərhədçi” komandası xalsızdır.