Yalçın Rzazadə bir çox görkəmli musiqilərin yaradıcısı olub

23 Fevral 2022 19:47 (UTC+04:00)

Bu gün Azərbaycan Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti Yalçın Rzazadənin anım konserti keçirilib. SİA xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndəsi çıxış edib.
Çıxışı zamanı “Yalçın Rzazadə artıq bir ildir ki, aramızda olmasa belə biz bu gün onun işığına toplaşmışıq. Onun özünəməxsus ifa tərzi var idi. Yalçın Rzazadə bir çox görkəmli musiqilərin yaradıcısı olub. Bir sıra orkestrlər, xalq çalğı orkestrləri onu müşaiət edib. Kinolarımızdan “Qaynana”, “Dədə Qorqud”, “ Gün keçdi” kimi filmlərə Yalçın Rzazadə ölməzlik bəxş edib. Təbii ki, Yalçın Rzazadə bizim musiqimizin ən parlaq nümayəndələrindən biri idi. Mədəniyyət Nazirliyi olaraq Yalçın Rzazadəni dərin hörmət və ehtiramla anırıq” sözlərini deyib.