Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti Yalçın Rzazadənin anım konserti keçirilib. SİA xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndəsinin çıxışından sonra, Yalçın Rzazadəyə həsr olunmuş video-rolik nümayiş etdirilib.
Daha sonra isə Azərbaycan Dövlət Mahnı Teatrının solistləri tərəfindən Yalçın Rzazadənin musiqiləri səsləndirilib.