Siyasi şərhçi Sergey Strokan Ukrayna böhranının kəskinləşməsi fonunda Rusiya və Azərbaycan arasında yeni strateji müttəfiqlik haqqında fikirlərini “Moskva-Baku” portalına bildirib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
Əsas nəticəsi iki ölkə arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalanması olan Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri bir gün əvvəl baş verən Donbass respublikalarının 8 illik dramının dramatik şəkildə tanınması ilə əlaqədar əlavə məna kəsb etdi.
İlham Əliyevin Kremldə danışıqlara yenicə hazırlaşdığı bir vaxtda Vladimir Putinin səsləndirdiyi müraciət dünyada partlayan bomba effekti yaradıb. Siyasətçiləri, diplomatları və ekspertləri baş verənlərə münasibətini inkişaf etdirərək, fövqəladə rejimdə yuxusuz gecə keçirməyə məcbur etdi. Bütün dünyanın gözü Vladimir Putinə çevrildi, hamı başa düşdü ki, indi yeni tarix yaradılır, yalnız bunun müsbət və ya mənfi işarəli tarix olması barədə mübahisələr var.
Beləliklə, unikal bir vəziyyət yarandı. Bir tarixi hadisə- DXR və LXR-in Moskva tərəfindən tanınması, beynəlxalq rezonans doğurmasa da, sanki başqa bir tarixi hadisənin üzərinə qoyulmuşdu, lakin Moskva və Bakı üçün başqa bir əlamətdar hadisə baş verdi. Fevralın 22-dən bu ölkələrin münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, onlar müttəfiqə çevrilib və məhz İlham Əliyev Donbass respublikalarının tanınması ilə bağlı bəyanatından dərhal sonra Rusiya prezidenti ilə şəxsən əlaqə saxlayan ilk xarici lider olub.
Həm hazırkı formada Ukrayna dövlətinə, həm Kiyevin Qərb müttəfiqlərinə, həm də bütün postsovet məkanında Sovet İttifaqı dövründə ölkəni məhv edən millətçi qüvvələrə məyusedici diaqnoz qoyan Vladimir Putinin müraciətindən bir gün keçməmiş, Prezident Əliyevlə görüşdə biz tamamilə fərqli bir Rusiya lideri gördük. Vladimir Putin gülümsədi, zarafat etdi və şikayət etdi ki, koronavirus pandemiyası İlham Əliyevlə yaxın şəxsi əlaqəyə mane olur, bu, onun prezident seçildikdən sonra artıq onun Rusiyaya 50-ci səfəri idi.
Bundan başqa, səfər Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Ümumiyyətlə, bu gün postsovet məkanında Moskva ilə, müxtəlif platformalarda və müxtəlif formatlarda qarşılıqlı əlaqədə belə bir təcrübəyə malik olan ikinci bir lider yoxdur.
Lakin məsələ təkcə koronavirus pandemiyasının kəsə bilmədiyi təmasların sayında deyil, onların keyfiyyətində və məzmunundadır. Üstəlik, söhbət yarandıqlarından 30 il sonra müttəfiqlər səviyyəsinə yüksəldilmiş Moskva ilə Bakının ikitərəfli münasibətləri modelindədir.
Əslində, İlham Əliyevin Moskvaya səfəri hər kəsin Ukraynadakı qarşıdurmanın indi hara qədər gedəcəyi, müharibənin olub-olmayacağı, ölkədə böhranın nə dərəcədə dərin olduğu suallarını müzakirə etdiyi həlledici məqamda baş verib. Rusiyanın Qərblə münasibətləri bizi çox şeylər üzərində düşünməyə vadar etmişdi. Hər şey nisbidir. Əslində, Rusiyanın Ukrayna və Azərbaycanla münasibətləri bu gün iki əks modeli təmsil edir. Bir model, Ukrayna modeli, açıq şəkildə ziddiyyətlidir, Moskva ilə qarşıdurmada özünə yeni imkanlar tapmağa yönəlib. İkinci model Azərbaycan modeli rədd və ya qırılma nöqtələri deyil, həmişə yeni təmas nöqtələrinin axtarışı üzərində qurulub.
Təsadüfi deyil ki, Kremldə imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədə 40-dan çox bənd var və bu, qarşılıqlı fəaliyyət üçün böyük meydan açır.
Qeyd etmək lazımdır ki, Rusiyanın həm postsovet məkanında, həm də onun hüdudlarından kənarda bir çox əleyhdarları Vladimir Putinin müraciətini Rusiya ilə indi ümumiyyətlə heç bir iş aparmağın qeyri-mümkün olduğunun, onun düzəlməz təhlükəli yırtıcı olduğunun təsdiqi kimi qiymətləndiriblər. İddia edirlər ki, o, başqalarını öz iradəsinə tabe edir və imperiyanı bərpa etməyə çalışır, ona görə də keçmiş Sovet respublikaları bütün gücləri ilə Rusiyanı cilovlamalıdırlar. SSRİ-nin dağılmasından sonra əldə etdikləri və yeni müstəqil dövlətlərin əsas sərvəti olaraq qalan öz suverenliklərini, dövlətçiliklərini itirməmək üçün təmkinli olmaları lazımdır.
Lakin Moskva ilə müttəfiqlik bəyannaməsini imzalayan İlham Əliyev əslində, Rusiyanın qonşularına və bütün dünyaya sanksiya, bloklama, təzyiq və təhdid siyasətinə ağlabatan alternativin olduğunu nümayiş etdirən birinci lider oldu. Məhz, tərəfdaşlıqdan müttəfiqlərə çevrilə bilən və hər iki tərəfə böyük dividendlər gətirə biləcək münasibətlər qurmaq. “Düşünürəm ki, bu sənəd mütləq ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz, eləcə də regional təhlükəsizlik üçün çox müsbət məna kəsb edəcəkdir. Biz ölkələr arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini həqiqətən yüksək qiymətləndirir, onları möhkəmləndiririk”,- deyə İlham Əliyev bildirib. O, Müttəfiqlərin Əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasını Moskva və Bakının son illərdə necə fəal işlədiyinin, qarşılıqlı əməkdaşlıq potensialının yaradılmasının çox gözəl nümunəsi adlandırıb.
Rusiyanın Avropada müharibənin qızışdırıcısı kimi təqdim edildiyi bir şəraitdə, onun Ukrayna münaqişəsinə münasibətinə toxunan Azərbaycan Prezidentinin Moskvada verdiyi bəyanatda məhz bu məqama toxunub və qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanların yaradılmasında aparıcı rol oynayıb.
Beləliklə, bu illüstrativ nümunədə Ukraynada və Qərbdə anlamaqdan imtina etdikləri sadə bir şeyi görmək və başa düşmək olardı: Rusiya müharibələri alovlandırmır, əksinə söndürür. Qarabağda Rusiyanın roluna baxın görəcəksiniz ki, müharibəyə yox sülhə çalışır.
Və nəhayət, Moskvada imzalanmış Bakı ilə müttəfiqlik münasibətləri haqqında bəyannamə Moskvanın Bakı ilə hörmətli məsafə saxlamasının daha yaxşı olduğunu bu qədər uzun və məqsədyönlü şəkildə təkid edənləri nəhayət susdurmalıdır. Çünki bəziləri qeyd edirdi ki, Bakı hələ də öz oyununu oynayır, hələ də yeni Osmanlı imperiyası quran Türkiyəyə baxır və ona görə də heç vaxt Rusiyanın Ermənistan qədər etibarlı müttəfiqi ola bilməyəcək. Və Azərbaycanı çirkli yola salmağa çalışanların və onunla münasibətlərin istər-istəməz çoxlu yan təsirlərə malik olacağına inananların hamısı trenddən çıxdı. Dəyişən reallıqlar bu iddiaları kənara atdı.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.