Azərbaycanın qadın futbolçulardan ibarət millisi qələbə qazanıb

23 Fevral 2022 16:43 (UTC+04:00)

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib. SİA-nın verdiyi məlumata görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə üz-üzə gəlib.

“Dalğa Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Sevinc Cəfərzadə və Manə Mollayevə vurub.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.