Dünyada plastik tullantıların ancaq 9 faizi təkrar emala çevrilə bilir.
SİA-nın əldə etdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) "Qlobal plastik görüntüsü" hesabatını yayıb.
Hesabatda 2000-ci ildə dünyada 234 milyon ton olan plastik istehsalının 2019-cu ildə 460 milyon tona, 2000-ci ildə 156 milyon ton olan plastik tullantıların miqdarının isə iki dəfədən çox artaraq 353 milyon tona çatdığı bildirilib.
Hesabatda deyilir ki, plastik tullantıların yalnız 9 faizi təkrar emal zamanı itkiləri nəzərə alaraq uğurla təkrar emal olunur. Qlobal plastik tullantıların 19 faizi yandırılır. Təxminən 50 faizi poliqonlara, qalan 22 faizi isə nəzarətsiz poliqon və ətraf mühitə atılır.
2019-cu ildə qlobal istixana qazı emissiyalarının 3,4 faizini plastiklər təşkil edib.
Qlobal plastikdən istifadənin ümumi azalmasına baxmayaraq, “Covid-19” epidemiyası zamanı son 2 ildə qoruyucu vasitələr və birdəfəlik plastik tullantılar artıb.
“Covid-19” epidemiyasının ilk ili olan 2020-ci ildə plastikdən istifadə iqtisadi fəaliyyətlərin azalması ilə əvvəlki ilə nisbətən 2,2 faiz azalıb, tək plastikdən istifadə artıb ki, bu da bütün iqtisadiyyatlar toparlandıqca plastik istifadənin yenidən artması gözlənilir.
OECD aşağı və orta gəlirli ölkələr üçün ildə 25 milyard avro inkişaf yardımı da daxil olmaqla, tullantıların idarə edilməsi infrastrukturunun təkmilləşdirilməsinə beynəlxalq yanaşmaya çağırıb.