Belə cinayətləri və soyqırımları yaddan çıxarmaq olmaz - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

23 Fevral 2022 11:55 (UTC+04:00)

"Azərbaycan tarixində ən qanlı və faciəvi hadisələrdən biri məhz Xocalı soyqırımıdır. Bu cinayət təkcə Azərbaycana deyil, bütün insanlığa qarşı törədilmiş bir terrordur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, biz torpaqlarımızı işğaldan azad etdikdən sonra da Xocalı üçün azadlıq istəyirik və istəyəcəyik: “Ona görə ki, belə cinayətləri və soyqırımları yaddan çıxarmaq olmaz. Xocalı hadisəsi tarix boyu bizi agah olmağa çağıran bir hadisədir. Hələ işğal dövründə də Xocalı üçün ədalətin bərpa olunması istər beynəlxalq təşkilatlarda, istərsə də ölkələrin parlamentlərində öz əksini tapmışdır. ABŞ bir çox istiqamətlərdə Xocalı soyqırımı ilə bağlı bəyanatlar vermişdir. Qeyd etmək istərdim ki, torpaqlarımız işğaldan azad olunandan sonra Xocalı sülhməramlılar tərəfindən idarə olunur. Əminəm ki, gün gələcək biz Xocalı şəhidlərimizin xatirəsini Xocalının özündə qeyd edəcəyik”.