Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dendrologiya İnstitutunda 5-7 may 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci ilin Zəfərimizin təntənəsi - “Şuşa İli”-nə həsr olunmuş “II Xarıbülbül ” foto və əl işlərindən ibarət müsabiqə və "Qarabağın dünəni və bugünü" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
AMEA-dan SİA-ya verdilən məlumata görə, müsabiqənin keçirilməsinində məqsəd Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın, Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin, flora biomüxtəlifliyinin qorunması, rəşadətli ordumuzun qəhrəmanlıqlarını gənc rəssamlar tərəfindən əks etdirilməsidir.
Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatı, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə əl işlərini aprelin 25-dək [email protected] ünvanına göndərməlidirlər. Müsabiqəyə ən çox 3 əsər təqdim edilə bilər. Seçim zamanı kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.
İlk üç yerin qalibinə fəxri diplom və pul mükafatı veriləcək.
5-7 may 2022-ci il tarixlərində keçiriləcək “Qarabağın dünəni və bu günü” Beynəlxalq Elmi Konfransda iştiraka aşağıdakı istiqamətlər üzrə məqalə qəbul olunur.
Tezislərin təqdim edilməsi üçün son tarix: 25 aprel 2022-ci il.
Konfransda çıxış etmək istəyənlər tezislərini arazli.tunzale”@mail.ru elektron ünvanına göndərməlidirlər. Məktubun mövzu yerində “ŞUŞA İLİ– konfrans” sözlərinin yazılması tələb olunur. Tezislər Word A4 formatında, arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1 qoymaqla, 1 səhifə həcmində olmalıdır. Məqalənin adı mərkəzdə böyük hərflərlə qara şriftlə, müəllif(lər)in ad və soyadları növbəti sətirdə mərkəzdən adi şriftlə, müəllif(lər)in iş yeri, korrespondent müəllifin e-mail ünvanı növbəti sətirdən verilir. Bir sətir buraxıldıqdan sonra abzasdan adi şriftlə əsas mətn başlanır. Konfrans materialları elektron formada nəşr ediləcək.
Konfransın keçiriləcəyi yer və əlaqə:
Dendrologiya İnstitutu;
Bakı ş., Xəzər r., Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 89.
Tel: (+994 12) 454 10 50,
Mob: (+994 77) 300 31 73; (+994 77) 424 01 83.
E-poçt: [email protected]
Sayt: https://dendrologiya.az/
AMEA Dendrologiya İnstitunun məlumatı
Əlaqə:
(012) 454 - 10 -50
(077) 300 - 31- 73
dendrologiya.az