Azərbaycan silah alverçisini beynəlxalq axtarışa verdi

23 Fevral 2022 09:51 (UTC+04:00)

Azərbaycanlı silah alverçisi beynəlxalq axtarışa verilib. SİA-nın məlumatına görə, 1981-ci il təvəllüdlü Tale İbrahimov qanunsuz odlu silahları saxlamaq və satmaqda təqsirləndirilir.

T.İbrahimov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində İnterpol vasitəsilə axtarış elan olunub.