Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

23 Fevral 2022 01:26 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 22-də 271 nəfər dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, bir gündə 463 min 335 test edilib. Gündəlik yoluxma sayı 86.070-dir.

Son 24 saatda sağalanların sayı 98.199-dur.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 145 milyon 128 min 369-a yüksəlib.