Estoniyada II Dünya müharibəsi dövrünə aid bomba aşkar edilib

22 Fevral 2022 22:30 (UTC+04:00)

Estoniyanın paytaxtı Tallinin Kakumyae mikrorayonunda hərbi sursat aşkarlanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, ölkənin Xilasetmə Departamentinin ekspertləri hərbi sursatın İkinci Dünya müharibəsi dövrünə aid aviasiya bombası olduğunu müəyyənləşdiriblər.

Bombanın aşkarlandığı yerin yaxınlığında yerləşən 16 evin sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər. Rayonda nəqliyyatın hərəkəti dayandırılıb.