...Telekommunikasiya operatorları birbaşa əlaqə yaradacaq

22 Fevral 2022 22:09 (UTC+04:00)

Azərbaycan və Rusiyanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanalları təşkil ediləcək.

SİA xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb.

Sənədə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.