Yardımlı Olimpiya Kompleksinə direktor axtarılır

22 Fevral 2022 13:14 (UTC+04:00)

Gənclər və İdman Nazirliyi “Yardımlı Olimpiya İdman Kompleksi” MMC-nin direktoru vəzifəsinə vakansiya elan edib. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 5-dək müvafiq ünvana göndərməlidir.