İştahın artması və ya azalması qeyri-kafi və balanssız bəslənmədən irəli gələn mühüm problemdir. Məsələn, iki yemək arasındakı interval çox uzun olduqda və uzun müddət heç bir qida qəbul edilmədikdə, orqanizm həddindən artıq aclıq hissi keçirir, qanda şəkər və insulin balansı pozulur. Nəticədə süfrəyə ilk oturanda ehtiyacınızdan daha çox yemək yeyirsiniz. SİA-nın xarici mətbuatına istinadən verdiyi məlumata görə, insanlar iştahkəsici qidalardan istehlak etməyi üstün tutmalıdırlar.
Bəs, iştahkəsici qidalar hansılardır?
1. Yumurta - bədənə qəbul edildikdə yüz faiz bədən zülallarına çevrilə bilən ən keyfiyyətli protein mənbəyidir. Səhər-səhər yeməyində istehlak edilərsə, gün ərzində uzun müddət toxluq hissi verir.
2. Yulaf - tərkibindəki yüksək lif sayəsində uzun müddət həzm olunur, beləliklə uzun müddət toxluq hissini təmin edərək iştahı azaldır.
3. Yaşıl çay - daha çox yeməkdən sonra və ya yeməklər arasında içilən yaşıl çay iştaha səbəb olan hormonların ifrazını boğur.
4. Darçın - birlikdə istehlak edilən qidaların glisemik indeksini aşağı salaraq toxluq hissini təmin edir. Gecə qəlyanaltı zamanı südü örtsə də, bəzən meyvələrə yoldaşlıq edərək şirin böhranların qarşısını almağa kömək edir.
5. Badam, qoz, fındıq - onlar vitaminlər, minerallar və lif tərkibi ilə çox zəngin olan yağlı toxumlardır. Yüksək yağ tərkibi sayəsində mədə boşalmasını gecikdirir və toxluq hissi verirlər. Lakin onlar yüksək kalorili olduğundan ehtiyatla istehlak edilməlidir.
Leyla Həsənəliyeva