Adaçayı qədim zamanlarda insanların həyətində becərilən möcüzəvi dərman bitkilərindən biridir. Adaçayının geniş şəkildə istehlakı, şübhəsiz ki, çoxlu faydaları ilə bağlıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, adaçayı iki müxtəlif formada dəmlənir. Bunlardan birincisində adi çay kimi dəmlənir. Bu şəkildə adaçayı bir az acı dad alır. İkincidə kiçik bir budaq çay stəkanına qoyulur və üzərinə qaynar su əlavə edilir. Yerlilər onu "şaxələnmiş" adlandırırlar. Beləliklə, istədiyiniz rəng və qoxu görünəndə budağı çıxara bilərsiniz. Bu şəkildə hazırlanan adaçayı qoxusu daha yüngül və içmək daha xoşdur. Adaçayı saysız-hesabsız faydaları ilə başdan ayağa bədənimizə faydalı olan möcüzəvi bir bitkidir.
Bəs, adaçayı nə üçün faydalıdır?
1. Adaçayı depressiyaya yaxşı gəlir.
2. Bədəndən zərərli toksinləri çıxarmağa kömək edir.
3. Beyin fəaliyyətini yaxşılaşdırır
4. Bronxit və astma simptomlarını aradan qaldırır
5. Qaraciyəri təmizləyir
6. Sidik yollarının infeksiyasını müalicə etməyə kömək edir
7. Həddindən artıq tərləməni azaldır
8. Stressi azaldır.
Leyla Həsənəliyeva