Sosial şəbəkədə paylaşım etdi və həbs olundu

22 Fevral 2022 11:49 (UTC+04:00)

ABŞ-ın Florida ştatında 13 yaşlı tələbə Nia Vhims sosial şəbəkədəki paylaşımlarına görə həbs edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, "İnstaqram" hesabından məktəb təhlükəsizliyini təhdid edən məzmun yerləşdirib.

Nianın günahsız olduğunu sübut etməsi iki həftə çəkib. Bu müddət ərzində o, həbsdə olub. İP ünvanının müəyyən edilməsi ilə məlum olub ki, paylaşımlar Nianın sinif yoldaşı tərəfindən edilib.

Dostu onun üçün səhifə açıb. Nianın ailəsi həm məktəbi, həm də “İnstaqram”ı məhkəməyə verib. Proses zamanı 30 min dollarlıq məhkəmə xərclərinin ödənilməsini tələb edirlər.

Mütəxəssislər ailələrə uşaqlarının adından açıla biləcək səhifələrlə bağlı xəbərdarlıq ediblər. Onlar tez-tez internetdə axtarış etməyi və uşaqları adından hesab yaratmağı və adlarını qorumağı tövsiyə edirlər.

Ləman Əlizadə