Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 21-də 268 nəfər dünyasını dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, bir gündə 461 min 513 test edilib. Gündəlik yoluxma sayı 85.026-dır.
Son 24 saatda sağalanların sayı 94.402-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 144 milyon 999 min 620-yə yüksəlib.