Fransa prezidenti Emmanuel Makronun dünənki barışdırıcı telefon danışığından sonra mümkün Putin-Bayden sammiti gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son bir xəbərə görə, ABŞ sammitlə bağlı yalnız bir şərt irəli sürərək vəziyyətə yaşıl işıq yandırarkən, barışdırıcı mühitdə axını tərsinə çevirəcək hadisə yaşanıb. Sonuncu xəbərə görə, ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanı qəzəbləndirəcək açıqlama gəlib. Verilən bəyanatda mümkün Rusiya-Ukrayna müharibəsi dəstəklənir.
Səfirlik öz vətəndaşlarına Rusiyada baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib. ABŞ-ın Moskvadakı səfirliyi açıqlamada Rusiyadakı vətəndaşlarına Moskva və Sankt-Peterburqdan danışıb. O, onlara Sankt-Peterburq şəhərlərində ictimai yerlərdən uzaq durmağı tövsiyə edib.
Açıqlamada “Kütləvi informasiya vasitələrinin məlumatına görə, ticarət mərkəzlərinə, qatar və metro stansiyalarına, iri şəhərlərin, o cümlədən Moskva və Sankt-Peterburqun ictimai yerlərinə, eləcə də Rusiya-Ukrayna sərhədindəki gərginlik zonalarında insanların toplaşdığı yerlərə hücum təhlükəsi var", ifadəsindən istifadə edilib.
Ləman Əlizadə