Ərdoğan Konqo Demokratik Respublikasına səfər edib

21 Fevral 2022 15:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqo Demokratik Respublikasına səfər edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, prezident Feliks Tşisekedi ilə ikitərəfli görüşdən sonra Ərdoğan nümayəndə heyətləri arasında keçirilən görüşə sədrlik edib.

Danışıqlardan sonra Hərbi Çərçivə Sazişi, Nağd Pul Yardımının İcra Protokolu, Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Sazişi, Kinşasa Maliyyə Mərkəzinin tikintisinə dair Anlaşma Memorandumu, Konqo çayı və onun qolları üzrə İnfrastruktur və Çay Nəqliyyatı Memorandumu, Türkiyə ilə Konqo Demokratik Respublikası arasında 1083 kilometrlik avtomobil yolunun tikintisinə dair Anlaşma Memorandumu və Dəmir Yolu Xəttinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb.

Xarici işlər naziri Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Lapid arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “Görüş zamanı İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı nazir Çavuşoğlu COVID-19 ilə əlaqədar sağalma arzularını çatdıran nazir Lapidə də təşəkkür edib.

Ləman Əlizadə