Otuz il meşədə yaşayan yaşlı kişi tapılıb

21 Fevral 2022 05:38 (UTC+04:00)

Sinqapurlu O Qo Senq 30 il meşədə yaşayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, özünün qurduğu daxmanın yanında saldığı bağçasından tərəvəz sataraq çörək pulu qazanıb.

Sinqapur yüksək həyat səviyyəsinə malik bir ölkə olduğundan meşədən gələn qocanın hekayəsi böyük ictimai rezonansa səbəb olub.

Kişinin sözlərinə görə, tənhalıq onu narahat etməyib. Yaşayış yerinin yanındakı hündür ağacın kölgəsi isə onu tropik istidən xilas edib. Yeganə problemi daxmanın parşasını və paltarlarını daim dişləyən siçanlar olub.

O Qo Senq bir müddət əvvəl bərə ilə qonşu İndoneziyanın Batam adasına gedərək orada evlənib və bir qızı olub. Onun meşədə yaşadığını bilən olmayıb. Lakin bir müddət sonra Senq yenidən Sinqapura qayıdıb.

Evsizin əhvalatı ictimailəşdikdən sonra hakimiyyət ona mənzil ayırıb və hazırda Senqə həyat yoldaşı və qızı ilə qovuşmaqda köməklik göstərilir.