Kraliçası II Elizabet koronavirusa yoluxub

21 Fevral 2022 01:18 (UTC+04:00)

İngiltərə Kraliçası II Elizabet koronavirusa yoluxub.

SİA xəbər verir ki, Bukinhem Sarayı 95 yaşlı Kraliçanın koronavirusa yoluxduğunu və xəstəliyi yüngül simptomlarla keçirdiyini açıqlayıb.

Saraydan bildirilib ki, Kraliça tibbi yardım alır və qaydalara əməl edir.

Qeyd edək ki, II Elizabet koronavirusa əleyhinə peyvənd olunub.