Məşhur kinoulduz öz filmindən qorxdu

21 Fevral 2022 01:01 (UTC+04:00)

Britaniyalı aktyor Robert Pattinson “The Cimmy Kimmel Show” verilişinin qonağı olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, aktyor baş qəhrəman kimi iştirak etdiyi Mett Rivzin “Betmen” filminin nümayişindən əvvəl yaşadıqlarından danışıb.

"Mən tamamilə dəhşətə gəldim, belə bir filmə görə çox qorxdum” deyə aktyor bildirib.

Pattinson həmçinin etiraf edib ki, cəmi üç gün əvvəl sakitləşib və bütün şəkillərə baxmaq qərarına gəlib. Bunun üçün o, əvvəlcə şirniyyat yeyib.

Məşhur aktyora sevgilisi, model və aktrisa Suki Uoterhausun kömək edib.