Avropa İttifaqının “Ən çirkli ölkəsi”

21 Fevral 2022 00:12 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Statistika Agentliyi (Avrostat) Bolqarıstanı ittifaqın ekoloji baxımdan ən çirkli ölkəsi adlandırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə agentliyin saytında məlumat yerləşdirilib.

Avrostat biznes fəaliyyətinin bərpası ilə bağlı istixana qazları emissiyalarının artımını qeyd edib. Bolqarıstan artımın lideri olub: onun emissiyalarının həcmi ötən illə müqayisədə 22,7 faiz artıb. Ondan sonra 16,2 faiz artım Latviya və 13,1 faiz Yunanıstanda qeydə alınıb. Sloveniya, Lüksemburq və Hollandiyada emissiyalar 2020-ci ilin üçüncü rübü ilə müqayisədə azalıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Aİ siyasətçiləri bu onillikdə istixana qazı emissiyalarının azaldılması və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün hədəflər üzrə ikinci təkliflər paketini təqdim ediblər. Hədəfi yerinə yetirmək üçün Avropa İttifaqı 2030-cu ilə qədər təmiz istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 55 faiz azaltmalıdır.