Əfqanıstanda tədris ili martın sonunda başlayacaq

21 Fevral 2022 00:00 (UTC+04:00)

Əfqanıstanda həm oğlanlar, həm də qızlar üçün tədris ili ölkədə istifadə edilən hicri təqvimlə yeni ilin ilk günündə, yəni bu ilin martın 21-dən sonra başlayacaq.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.

Əfqanıstanda 2022-ci il martın 21-nə təsadüf edən Novruz bayramından sonra yeni ilin ilk ayı başlayır.