İş adamı yeni sevgilisi ilə görüntüləndi

20 Fevral 2022 19:03 (UTC+04:00)

Dünyanın ən zəngin adamı İlon Maskın ötən gün şəxsi təyyarəsindən enərkən göründüyü sirli qadının kimliyi bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Musk avstraliyalı aktrisa Natasha Bassett ilə yeni eşq macərasına başlayıb.

Yeni cütlük qısa bir tətildən sonra Los-Ancelesə qayıdıb. Musk sonuncu dəfə kanadalı müğənni Qrims ilə olub və onlar beş ay əvvəl ayrılıblar.

Ayşən Vəli