Bakı Birinciliyi və Çempionatı uğrunda turnir keçirilib FOTO

20 Fevral 2022 14:43 (UTC+04:00)

Bu gün Bakı Şəhər Gənclər İdman Baş İdarəsi, Azərbaycan İdman rəqsləri Federasiyası, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə idman bal rəqsləri üzrə Bakı Birinciliyi və Çempionatı təşkil olunub.

SİA xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd bal rəqsinin təbliği və inkişaf etdirilməsi, uşaqların incəsənətə və idmana qarşı olan marağının artırılması, istedadlı gənclərin aşkar edilməsidir. Yarış 12 kateqoriyada 3 yaş qrupu(6-10,11-15,16-21) Avropa standart və Latın Amerika proqramı, duet və solo ifaçıları nominasiyaları üzrə keçirilir. Pandemiya qaydalarına uyğun şəkildə təşkil olunan uşaq, yeniyetmə və gənclər arasında birincilik və çempionatda 75 iştirakçı mübarizə aparıblar. Qeyd edək ki, yarışmaya RUGİM, "OLİMP" idman klubu, "Rovensnik" rəqs dərnəyi, " Azəri inciləri", "1001 gecə", "Harmony dance", "İmpuls rəqs", "Şane rəqs" studiyalarındab iştirakçılar qatılıblar.
Təbirin açılışını Azərbaycan İdman rəqsləri Federasiyasının prezidenti Etibar Məmmədov edib. Etibar Məmmədov tədbir iştirakçalarını salamlayaraq, onlara uğurlar arzulayıb. Baş hakim qismində Azərbaycan Respublikasının İdman rəqsləri Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü Məryəm Quliyeva və baş katib Fərid Mehdiyev iştirak ediblər. Sonda qaliblər medal və diplomla təltif olunub.