Səudiyyə Ərəbistanında dövlət idarələrində və məscidlərdə şortik geyinməyə görə 250-500 riyal cərimə tətbiq edilib.
SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Yeni tənzimləmə ilə dövlət idarələrində və məscidlərdə şortik geyinmək ictimai qayda pozuntusu sırasına daxil edilib.
Qeyd edək ki, sözügedən reqlament 2 noyabr 2019-cu il tarixindən qüvvəyə minib.