Әziz Sancar: ‘‘Mәn Türkiyәnin bir parçasıyam’’

19 Fevral 2022 22:56 (UTC+04:00)

Nobel mükafatı laureatı professor Əziz Sancar deyib: "Mən Türkiyənin bir parçasıyam. Avropaya, Amerikaya, Yaponiyaya gedə bilərsiniz, ancaq türk olduğunuzu unutmayın".

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyәnin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və Nobel mükafatı laureatı professor Əziz Sancar gənclərlə bir araya gəlib.

Gənclər və İdman Nazirliyində tәşkil edilәn tədbirdə müxtəlif universitetlәrdәn 43 tələbə iştirak edib.

Burada çıxış edən Əziz Sancar Mardində doğulduğunu və ibtidai məktəbdən universitetə ​​qədər Türkiyədə təhsil aldığını vurğulayaraq gənclərə belə müraciət edib:

"Türkiyədə çox yaxşı təhsil ala bilərsiniz. Türkiyədə çox yaxşı universitetlərimiz var. Mən Türkiyədə çox yaxşı təhsil almışam. Hər sahədə çox dəyərli alimlərimiz var. Xaricə getməyi məsləhət görürəm, amma Türkiyәni unutmayın. Türkiyәyә borcunuz var, amma bu borç da deyil. Türkiyә qәlbimdәdir. Dünyanın hansı ölkәsinә getsәm dә Türkiyә qәlbimdәdir. Mən Türkiyənin bir parçasıyam. Ümid edirəm ki, siz də belə düşünürsünüz. Avropaya, Amerikaya, Yaponiyaya gedə bilərsiniz, amma türk olduğunuzu unutmayın”.

Türk dünyasına əhəmiyyət verilməsinin vacibliyini vurğulayan Әziz Sancar deyib: "Türk dünyası var, yalnız Türkiyə deyil. Onlar bizә baxırlar. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan... Orta Asiyadakı Türk dövlәtlәri də bizə baxır. Onları unutmayın, onlarla əməkdaşlıq edilsә Türk dünyası dünyanın ən güclü qütblərindən birinə çevrilə bilər”.