2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib

19 Fevral 2022 11:54 (UTC+04:00)

Koreya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, magistratura, doktorantura, eyni zamanda, tədqiqat üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları martın 4-dək tələb olunan sənədləri Koreyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIar Təhsil Nazirliyinin saytında verilib.