SİA-nın əldə etdiyi məlumata görə, alimlər soğandan istifadə zamanı qanda şəkərin miqdarının 40 milliqram/desilitr aşağı düşdüyünü müəyyən ediblər.

Elmi işin müəlliflərindən biri olan Entoni Oçeh deyib: “Soğan ucuz və əlçatan olan ərzaqdır ki, yeməklərə ədviyyat qismində qatılır. Ondan diabet xəstələrinin müalicəsində də istifadə etmək mümkündür”.

Mütəxəssislər hesab edirlər ki, soğanın bu xassəsi onun tərkibində kversetin və sulfidlərin mövcudluğu ilə izah olunur. Kversetin antioksidant və iltihab əleyhinə təsirə malik olan yaxşı öyrənilmiş flavonoidlər qrupuna daxild