Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu keçib

19 Fevral 2022 03:34 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu keçib.

SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 963 747 yoluxma halı və 11 413 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 418 650 474 nəfər yoluxub. Onlardan 5 856 224 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.