ABŞ-ın baş sanitar həkimi koronavirusa yoluxub

19 Fevral 2022 00:32 (UTC+04:00)

ABŞ-ın baş sanitar həkimi Vivek Murti və ailəsi koronavirusa yoluxub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə V.Murti özünün "Twitter" səhifəsində yazıb.

"Mən, beş yaşlı oğlum və həyat yoldaşım Elis koronavirusun müəyyən edilməsi üzrə test verdik və testimizin nəticəsi müsbət çıxdı. Məndə və Elisdə simptomlar yüngüldür", - deyə baş sanitar həkim bildirib.

V.Murti həmçinin koronavirusa qarşı peyvənd olunmağın vacibliyini vurğulayıb: "Peyvəndlər həyatımızın xilas edilməsi və xəstəxanaya yerləşdirilməmək üçün çox effektivdir".