Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

18 Fevral 2022 22:26 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) fevralın 18-də 264 nəfər dünyasını dəyişib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bir gündə 463 min 855 test edilib. Gündəlik yoluxma sayı 97.411-dir.

Son 24 saatda sağalanların sayı 102.94-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 144 milyon 730 min 193-ə yüksəlib.