Kişilər arası şahmat çempionatının qalibi bəlli oldu - FOTOLAR

18 Fevral 2022 17:26 (UTC+04:00)

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. SİA-nın verdiyi məlumata görə, üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanaraq, bürünc mükafatına layiq görülüb. Aydın Süleymanlı isə 4-cü yeri tutub.

Finalın ikinci oyununda da qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionatının qalibi adını qazandı.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion 8 min manat qazandı.